ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
377
23.04.2025, 22:27
Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan dəyişikliklər fonunda ABŞ-ın dövlət borcu məsələsi daha çox müzakirə obyektinə çevrilib. Dolların beynəlxalq valyuta kimi hegemoniyası uzun illərdir ki, qlobal ticarət və maliyyə sisteminin təməlini təşkil edir. Lakin ABŞ-ın artmaqda olan borc yükü və maliyyə balansındakı davamlı kəsirlər bu statusun davamlılığına dair suallar doğurmağa başlayıb.
Bir çox insanın ağlındakı sual isə ABŞ niyə dollar çap edib, dollarla olan borclarını qaytara bilmir?
Oxu24.com xəbər verir ki, bu suala cavab olaraq iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ABŞ-ın dövlət borcu dollarladır və bu, bir sıra potensial riskləri də özü ilə gətirir. Əgər bu tendensiya nəzarətsiz davam edərsə, dolların dəyəri zəifləyə, valyutaya olan inam sarsıla və o, qlobal ehtiyat valyuta statusunu itirə bilər. Artan ticarət kəsirləri və dövlət büdcəsindəki xroniki çatışmazlıqlar bu prosesə mənfi təsir göstərməkdədir.
Həmçinin oxuyun
O qeyd edib ki, borcdakı artım artıq mütəmadi deyil, həndəsi silsilə üzrə yəni, sürətlənərək baş verir. Bu da ABŞ hökumətini ciddi şəkildə düşünməyə vadar edir. Əlbəttə ki, bu istiqamətdə müəyyən tədbirlər görülməlidir, əks halda, vəziyyətin kütləvi təsirləri ABŞ iqtisadiyyatına və qlobal maliyyə sabitliyinə ciddi zərbə vura bilər.
17:26 / 16 Dekabr 2025
1
17:23 / 16 Dekabr 2025
10
16:39 / 16 Dekabr 2025
35
16:00 / 16 Dekabr 2025
74
15:56 / 16 Dekabr 2025
59
15:54 / 16 Dekabr 2025
49
15:49 / 16 Dekabr 2025
42
15:46 / 16 Dekabr 2025
84
15:13 / 16 Dekabr 2025
995
15:06 / 16 Dekabr 2025
68
14:59 / 16 Dekabr 2025
199
14:29 / 16 Dekabr 2025
791
14:26 / 16 Dekabr 2025
96
14:21 / 16 Dekabr 2025
97
14:13 / 16 Dekabr 2025
115
14:09 / 16 Dekabr 2025
72
14:03 / 16 Dekabr 2025
74
13:35 / 16 Dekabr 2025
948
13:28 / 16 Dekabr 2025
279
13:24 / 16 Dekabr 2025
68
13:22 / 16 Dekabr 2025
58
13:14 / 16 Dekabr 2025
112
12:57 / 16 Dekabr 2025
192
12:49 / 16 Dekabr 2025
113
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.